“Beş Daş” dərgisinin növbəti özəl sayı nəşr olunub – VİDEO

“Beş Daş” dərgisinin növbəti özəl sayı nəşr olunub – VİDEO

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərində “Beş Daş” dərgisinin 5-ci özəl sayı nəşr olunub.

 

Yeniyetmə və uşaqlara həsr olunan özəl sayı Azərbaycan türkcəsindədir.

 

Özəl sayıda uşaqlar türk dilində yazıb və rəsm çəkə bilər. Onların çəkdikləri rəsmlərdən dərginin növbəti sayılarında da istifadə olunur.


İstənilən yaş qrupuna aid uşaqlar “Beş Daş”ın özəl sayılarında mədəni fəaliyyət göstərərək Azərbaycanda uşaq ədəbiyyatının inkişafında iştirak edə bilərlər.


https://www.youtube.com/watch?time_continue=17&v=YIfDiRzMkmI&feature=emb_logo


Güney azərbaycanlı milli-mədəni fəallar uşaqların türk dilini yaxşı öyrənməsi üçün əlamətdar günlərdə türkcə kitab və dərgilər çap edərək şəhərlərdə paylayırlar.


Ana dilinin insanın kimliyinin formalaşmasında nə qədər əhəmiyyətli olduğu hər kəs üçün aydındır. Şübhəsiz ki, keçmişdən gələn milli kimliyimizin gələcək nəsillərə ötürülməsi üçün mədəni zəmində fəaliyyət göstərilməlidir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN