Bicarlı soydaşlarımız Əmir Nizam Qrusinin türk kimliyinin təhrif edilməsinə etiraz bildirib

Bicarlı soydaşlarımız Əmir Nizam Qrusinin türk kimliyinin təhrif edilməsinə etiraz bildirib

GünAz TV: Bicar əhalisi şəhərin İcra Hakimiyyətinin başçısına məktub ünvanlayaraq Əmir Nizam Qrusinin türk kimliyinin təhrif edilməsinə etiraz bildiriblər.

 

Təxminən 5 il əvvəl Bicarın “15 Xordad” Parkında Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Əmir Nizam Qrusiyə heykəl ucaldılıb. Lakin heykəlin üzərində yazılan məlumatda Qacar dövrünün tanınmış türk şəxsiyyətlərindən olan Əmir Nizam Qrusinin milli mənsubiyyəti təhrif olunaraq kürd kimi təqdim olunub.

 

Bu məsələ yerli soydaşlarımızın kəskin etirazına səbəb olub. Şəhər əhalisi Bicar Şəhər İcra Hakimiyyətinin başçısına ünvanladığı məktubda tarixi şəxsiyyətin türk millətinə mənsub olduğunu diqqətə çatdıraraq onunla bağlı yol verilən təhrifin aradan qaldırılmasını tələb ediblər.

 

Məktubda sözgedən təhrifin Qrus məntəqəsinin sakinlərinin narahatlığına səbəb olduğu və bölgədə təfrəqəyə zəmin yaratdığı qeyd edilib.

 

Bicar və Qorvə şəhərləri Azərbaycanın tarixi ərazisidir. Bu şəhərlər Pəhləvi rejimi dövründə yeni yaradılmış Kürdistan Əyalətinin inzibati ərazi bölgüsünə daxil edilib.

1979-cu il inqilabından sonra isə İslam Cümhuriyyəti bu məntəqəni kürdləşdiriməyi qarşısına məqsəd qoyub, bu istiqamətdə bir çox işlər görülür.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN