Biləsuvar kəndlərində içməli su problemi əhalinin etirazına səbəb olub

Biləsuvar kəndlərində içməli su problemi əhalinin etirazına səbəb olub

GünAz TV: İçməli su qıtlığından əziyyət çəkən Bələsuvar kəndlərinin əhalisi etiraz yığıncağı keçirərək Biləsuvarun Ərdəbil gedən yolunu bağlayıblar.

 

Kəndlilərdən birinin dediyinə görə, bölgədəki təxminən 50 kənddə içməli su qıtlığı yaşanır, problem əsasən tullantı suların nasos sistemi ilə bağlıdır.

 

Deyilənlərə görə, kəndlərin yaxınlığından araz çayı axsa da, kənd əhalisi bu sudan heç bir şəkildə istifadə edə bilmir. Sərhəddə çəkilən tikanlı məftillər və suyun kəndlərə intiqal edilməsi üçün avadanlıqların olmaması buna imkan vermir.

 

Məlumata görə, təxminən 50 kəndin əhalisi içməli su ehtiyaclarını su quyuları və bulaqlardan təmin etməyə çalışır.

 

Əhalinin etiraz yığıncağı Biləsuvar “Sepah”ının əməkdaşları tərəfindən dağıdılıb. Məlumata görə, “Sepah” komandanı ertirazçıları təhdid edərək onların adlarını yazıb, yığıncaq “Sepah” əməkdaşları tərəfindən kameraya çəkilib.

 

Məlumata görə, bölgə əhalisinin etirazından 2 saat sonra kəndlərə 1 saatlıq su verilib, sonra su yenidən kəsilib.

 

50 kəndin əhalisi su problemləri öz həllini tapmayanadək etiraz yığıncaqlarına davam edəcəklərini bildiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN