Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar daha 4 nəfər saxlanılıb

Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar daha 4 nəfər saxlanılıb

GünAz TV: Güney Azərbaycanın Binab (Bin Ev) Bələdiyyə İdarəsində yeyinti faktları ilə bağlı tutulanların sayı artıb.

 

Məlumata görə, bundan əvvəlki Binab Şəhər Şurası və Bələdiyyə İdarəsində aşkarlanan yeyinti faktlarına görə sentyabrın 10-da daha 4 nəfər saxlanılıb.

 

Bu barədə “Təsnim” xəbər agentliyinə danışan Binab Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, “tutulanlar Bələdiyə İdarəsinin məmurları deyil, onlar bundan əvvəlki Şəhər Şurası və Bələdiyyə İdarəsində baş verən yeyintilərlə bağlı saxlanılıb.”

 

Binab şəhər prokuroru Əlirza Dehqan isə sözügedən dosyenin əyalətin mərkəzi şəhərinin prokurorluğu tərəfindən araşdırılmaqda olduğunu bildirib.

 

Yeyinti və rüşvətxorluq faktları və onunla bağlı tutuqlamalar ilk dəfə 2016-ci ilin son aylarında gündəmə gəlib. Həmin zaman Təbriz şəhər prokuroru Musa Xəlilullahi 1 Şura üzvü, 3 podratçı (peymankar) və 14 nəfər bələdiyyə məmurunun salandığını açıqlamışdır.

 

Bundan əvvəl oxşar hadisələrə Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad və Həmədan şəhərlərinin Bələdiyyə İdarələrində rast gəlinib.

 

“Beynəlxalq Şəffaflıq” Təşkilatının hazırladığı son hesabata görə İran korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasında, daha dəqiq desək, 180 ölkə arasında 130-cü yerdədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN