Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar saxlanların sayı artıb

Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar saxlanların sayı artıb

GünAz TV: Güney Azərbaycanda Binab (Bin Ev) şəhərinin Bələdiyyə İdarəsi və Şəhər Şurasında yeyinti faktları ilə bağlı tutulanların sayı 44-ə çatıb.

 

Məlumata görə, rəsmi orqanlarda aşkarlanan yeyinti faktlarına görə son günlərdə daha 9 nəfər saxlanılıb. Onların heç bir Bələdiyyə İdarəsinin rəsmi işçisi deyil, lakin inşaat işləri ilə məşğul olduqları üçün bu idarə ilə iş əlaqələri var.

 

Məsələyə münasibət bildirən Binab Şəhər İcra Hakimiyyətinin başçısı Əmin Rəfii yeyinti faktlarının 2016-cı ildə aşkarlandığını, bununla əlaqədar bu günə qədər 44 nəfərin saxlandığını diqqətə çatdırıb.

 

Binab Bələdiyyə İdarəsi və Şəhər Şurasında yeyinti və rüşvətxorluq faktları və onunla bağlı tutuqlamalar ilk dəfə 2016-ci ilin son aylarında gündəmə gəldi, dosye ilə bağlı təqiblər hələ də davam edir.

 

Bundan əvvəl oxşar hadisələrə Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad və Həmədan şəhərlərinin Bələdiyyə İdarələrində rast gəlinib.

 

Mediada yayılan məlumata görə, ötən 10 gün ərzində Brucerd şəhəri, həmçinin Şiraz və Sistan-Bəluçistan əyalətlərində Bələdiyyə İdarələri və Şəhər Şuralarının bir neçə üzvü maliyyə pozuntuları ilə əlaqədar saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN