Binabın yeni bələdiyyə başqanı məlum oldu

Binabın yeni bələdiyyə başqanı məlum oldu

GünAz TV: Uzun sürən qalmaqallardan, çək-çevirdən sonra nəhayət ki, Güney Azərbaycan Binab şəhərinin bələdiyyə başqanının kimliyi məlum olub.

 

Noyabrın 27-də Binab Şəhər Şurası üzvlərinin yekdilliklə verdiyi qərara əsasən Məhbub Tizpaz şəhərin bələdiyyə başqanı seçilib.

M.Tizpaz 7 üzvdən ibarət olan Şəhər Şurasının bütün üyələrinin dəstəyini qazana bilib.

 

Bu, Binab Şəhər Şurasının tarixində ilk dəfədir ki, bir namizəd bütün üzvlərin səsini qazanaraq bələdiyyə başqanı seçilir. Məlumata görə, bələdiyyə başqanlığına namizəd kimi 9 nəfər qeydə alınıb, onlardan 8-i Məhbub Tizpazın xeyirinə olaraq namizədliyini geri götürüb.

 

Binabda bələdiyyə başqanının seçilməsi son aylarda heç bir şəkildə mümkün olmurdu. Problem ötən il Şəhər Şurası və Bələdiyyə İdarəsində maliyyə pozuntuları və rüşvətxorluqla bağlı tutuqlamalardan sonra başlamışdır.

 

Məhbub Tizpaz 1967-ci ildə Güney Azərbaycanın Meşginşəhr şəhərində dünyaya göz açıb. O bundan əvvəl Parsabad, Sarab, Miyana, Meşginşəhr, Xoy və Təbrizin 8-ci Məntəqəsində bələdiyyə başqanı kimi fəaliyyət göstərib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN