BMT-nin baş katibindən İranda ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlılara qarşı təzyiqlərlə bağlı xüsusi Raport

2018-09-24 12:08

GünAz TV: BMT-nin baş katibi Antonio Guterres hazırladığı raportda İranda insan hüquqları pozuntuları, ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlı fəallara qarşı təzyiqlərə işarə edib.

 

Antonio Guterresin İranda insan haqlarının son vəziyyəti ilə bağlı hazırladığı raport  BMT-nin 73-cü rəsmi iclasında təqdim olunub.

 

Bu barədə danışan Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri xanım Jalə Təbrizi bildirib ki, Antonio Guterres təşkilatın 73-cü iclasında Güney Azərbaycan məsələsinə ümidverici bir şəkildə yanaşıb.

 

Xanım J.Təbrizinin sözlərinə görə, baş katibin raportu “İranda insan hüquqlarının durumu” adı ilə nəşr olunub.

 

İclasın yekun raportu 77 bənddən ibarət olub, onun 57-ci bəndi Güney Azərbaycan məsələlərinə həsr olunub.

 

“İran dövlətinin açıqlamasına görə, ölkə konstitusiyasının 13, 19 və 20-ci maddələrinə uyğun olaraq İran vətəndaşlarının hüququ məzhəb və milli kimliyindən asılı olmayaraq təmin olunur. Lakin 2018-ci ilin başlanğıcından BMT-yə müxtəlif ayrı-seçkiliklərə dair çoxlu raportlar daxil olub. Raportlar əsasən milli və məzhəbi ayrı-seçkiliyi əks etdirir. Ayrı-seçkilik halları universitet və iş fürsətlərindən məhrum olmaq, əsas xidmətlər, o cümlədən səhiyyə sahəsində tətbiq edilən ayrı-seçkilik, hökumət işlərinə götürməmək, orta məktəbdə ana dilini öyrənməmək, öz mədəniyyətlərindən uzaq tutulmaq və s. əhatə edir. İran İslam Cümhuriyyəti həmçinin ölkə konstitusiyasının 15-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsini icra etməkdən imtina edir. BMT-nin Ali Komissarlığına bəhai və Azərbaycan türkləri camiəsinə qarşı ayrı-seçkiliklərə dair əlavə raportlar da daxil olub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqlara mənsub qrupların üzvləridir”- deyə 57-ci bənddə qeyd olunub.

 

BMT-nin 73-cü iclası avqustun 6-da təşkilatın Nyu-Yorkdakı qərargahında keçirilib.

 

Raportu tam olaraq izləmək üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
Səməd Niknam

2020-06-22

Dinsiz toplum olmamışdır. Din ictimai idealogiyanın və insan kimliyinin tərkib hissəsidir. İnsan mədəniyyəti din üzərində qurulub. İran farslarından fərqli olaraq, İran türklər, özəllilkə Səfəvilər bu mədəniyyətin yaranmasında böyük işlər görmüşdür. İnam hər kəsin şəxsi işidir. Amma din yalnız inamdan ibarət detil. Din insan mədəniyyətini özündə toplayan insani dəyərdir. Biz bu dəyərləri mənimsəməli və gəlişdirməliyik. İran türkləri və Səfəvilər bu mədəniyyətə yiyələndilər və onu yaşatdılar. Biz islam mədəniyyətini mənimiyə bilməsəydik, dövlət qura bilməzdik. Din varsa, mədəniyyət var, mədəniyyət varsa dövlət var. Farslar islamı mənimsiyə bilmədi. Ona görə də, İslamdan sonra dövlətdərin itirdilər. Farslar bu gündə islamı anlamamış və hər şeyi tərsə yozullar. İslamdan sapmışlar. Ona görə də, müsəlman xalq onları qəbul etmir. Türklər İslamı mənimsəmiş bir millətdir. Bütün türk dövlətdəri, istər Səlcuqlular, Osmanlılar, Səfəvilər və Qacarlar İslam mədəniyyəti üzərində qurulub. İslam dininin mahiyyətinə uuğun olaraq, bütün türk dövlətləri layik olmuşdur. Demək istəyirəm ki, İslam zatən layik dindir. Bu günkü İran İslam Cumhurisi də, teokratik dövlət deyil. Bunların islama ayidatı yoxdur.

Post | Gunaz article social
توران

2020-06-21

البته فارسها به تاریخ نداشته اشان میبالند.اون وقت ما تورکها نباید به تاریخ مستند و واقعی امان بنازیم؟

Post | Gunaz article social
A

2020-06-09

لعنت بر اسد و حامیان او

Post | Gunaz article social
سالار

2020-06-08

در جواب به فریده سرهنگی صفویان به خاطر قدرت امپراطوری و به دلیل اینکه زبان ترکی زبان رسمی کل امپراطوری بود مورد تایید ترکان هستش.

Post | Gunaz article social
Cahandar

2020-06-06

Ölün Gücünüz Heykələ Çatar.

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-31

توجه کنیم مازندرانی ها یا بهتر بگم شمالی ها 60درصد پان ایرانیست های معاصر را تشکیل می دهند.حواسمان به این ها باشه این ها از فارس ها بیشتر فارس پرستی یا ایران (ویران) پرستی می کنند این شمالی های پان ایرانیست زهرشان از مامبای سیاه هم غلیظ تر است!

Post | Gunaz article social
Babek

2020-05-30

فرید سرهنگی، چه ربطی به این خبر داشت فرمایش شما؟

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var

2020-07-07

gun az article

Güney Azərbaycanda bir xəstəxananın 40 əməkdaşı koronavirusa yoluxub

2020-07-07

gun az article

Qərbi Azərbaycanda daha bir xəstəxana COVID-19 xəstələrinə ayrılıb: yoluxanların sayında rekord artım

2020-07-07

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-07-07

gun az article

Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib

2020-07-07

gun az article

GünazTV July.06.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin sosial-iqtisadi çöküşü və rejimin gələcəyinə bir baxış

2020-07-06

gun az article

Güney Azərbaycanın kəndləri boşalır

2020-07-06

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 500 nəfərə çatıb

2020-07-06

gun az article

Süngün mis mədəninin zəhərli çirkabı ətraf çaylara axıdılır

2020-07-06

gun az article

Güney azərbaycanlı milli fəal Ruzbeh Piri sərbəst buraxılıb + VİDEO

2020-07-06

gun az article

Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı rəsmi olaraq qadağan edib

2020-07-06

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-06

gun az article

Traxtur klubunun perulu hücumçusu koronavirusa yoluxub

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal koronavirusdan həyatını itirib

2020-07-05

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 487 nəfərə çatıb

2020-07-05

gun az article

Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib

2020-07-05

gun az article

Güney Azərbaycanda meşə ağaclarının kəsilməsi davam edir + VİDEO

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Meysəm Colaninin həbs cəzası artırılıb

2020-07-05

gun az article

İran ədliyyəsindən ədalətsiz qərar: tanınmış mədəni fəal Abbas Lisaninin 15 illik həbs cəzası təsdiqlənib

2020-07-05