Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb

Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb

GünAz TV: Şərqi Azərbaycan Əyalətində yerləşən Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb.

 

Əli Musəvi Hüseyni bu barədə dekabrın 19-da “İrna” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Bostanabad şəhərində 20 məktəb iki növbəli iş rejimi ilə fəaliyyət göstərir. Bu şəhərdə hətta ətraf məntəqələrlə müqayisədə bütün təhsil pillələrində təhsil müəssisəsi və dərs otağı çatışmazlığı yaşanır.

 

Bu sahədə xeyriyyəçilər çox önəmli addımlar atıblar. Lakin onların yardımına yenə də ehtiyacımız var. Bostanabadda xeyriyyçilər tərəfindən 25 məktəbdə yenidənqurma işləri aparılıb.”- deyə o bildirib.

 

Şəhərin bəzi məktəblərində istilik sisteminin yaxşılaşdırılmasına vəsait ayrıldığını deyən Şəhər İcra Hakimiyyətinin başçısı Bostanabadda hələ də kanekslərdə (dəmirdən hazırlanmış sığınacaq evlər) təhsil alan şagirdlərin olduğunu bildirib.

 

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN