Bu kəndin əhalisi məişət işlərində istifadə etməyə su tapa bilmir – Şərqi Azərbaycanda / VİDEO

Bu kəndin əhalisi məişət işlərində istifadə etməyə su tapa bilmir – Şərqi Azərbaycanda / VİDEO

GünAz TV: Güney Azərbaycanın bəzi kəndlərində soyuq hava şəraitində acınacaqlı vəziyyət hökm sürür.

 

İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bir çox kəndin əhalisi içməli suyu belə çətinliklə əldə edir.

 

Kəndlərin bütün imkanlardan məhrum olması şübhəsiz ki, əhalinin şəhərlərə, xüsusi ilə də fars bölgələrinə köçməsinə səbəb olur.

 

Su problemi yaşayan kəndlərdən biri Şərqi Azərbaycan Əyaləində yerləşən Miyana şəhərinin “Musa Bulaq” kəndidir. Bu kəndin əhalisi məişət işlərində istifadə etməyə su tapmaq üçün uzun məsafə qət etməlidir.

 

“Musa Bulaq” kəndində yaşayan qadınlar su problemi haqda belə deyir:

https://www.youtube.com/watch?time_continue=1&v=Pycep-kk3-Q&feature=emb_logo

 

Kənddə hamilə qadınların ağır qablarla su daşıması bir neçə dəfə vaxtından əvvəl – erkən doğuşlara səbəb olub. Bu problemdən məktəbli uşaqlar da əziyyət çəkir, onlar əllərini yumaq üçün su tapa bilmir.

“Musa Bulaq” kəndinin 100 nəfər sakini var. Kənd əhalisi bir ildir ki, təmiz və içməli sudan məhrumdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN