Bu xəbər agentliyi “Heyran gədiyi”ni Gilan əyalətinin ərazisi kimi təqdim edib

Bu xəbər agentliyi “Heyran gədiyi”ni Gilan əyalətinin ərazisi kimi təqdim edib

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”ni bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi planı ilə bağlı cəhdlər davam edir.

 

Bu dəfə İranın rəsmi dövlət xəbər agentliyi “İrna”, “Heyran gədiyi”nin adını çəkərkən onu “Astara heyranı” adlanıdırıb.

 

“İrna” bölgənin hava durumu haqda dərc etdiyi xəbərdə belə bir təhrifə yol verib.

 

Agentliyin müxbiri Astara Meteorologiya İdarəsinin rəisinə “Heyran gədiyi”nin hava durumu haqda sual verdiyi zaman “Astara heyranı” ifadəsini işlədib.

 

“Heyran gədiyi” haqda rejimin gizli planından xəbərdar olan azərbaycanlılar müxbirin bu hərəkətini etirazla qarşılayıblar.

 

Sərhədyanı Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin 220, Ərdəbilin isə 79 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

Güney azərbaycanlılar ötən onilliklərdə doğma ərazilərinin digər əyalətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olublar. Son illərdə isə “Heyran gədiyi”nin yerləşdiyi Ərdəbil əyalətindən ayırıb Gilan əyalətinə ilhaq edilməsi məsələsi vaxtaşırı bəzi məsullar və kütləvi informasiya vasitələri tərəfindən gündəmə gətirilir.

 

2015-ci ildə Ərdəbil-Astara yolu üzərində yerləşən “Heyran gədiyi” (aşırım) yaxınlığında Gilan Əyalətinə məxsus bir lövhənin yerləşdirilməsi ilə başlayan qalmaqallar ölkə parlamentinə qədər uzandı. Bu məsələ bütün azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazına səbəb olmuşdur.

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN