“Bütöv Azərbaycan” konfransı keçiriləcək - Ankarada

“Bütöv Azərbaycan” konfransı keçiriləcək - Ankarada

GünAz TV: Qardaş Türkiyənin paytaxtı Ankarada “Bütöv Azərbaycan” mövzusunda konfrans keçiriləcək.

 

Tədbirdə türk dünyası, Güney və Quzey Azərbaycan məsələləri ilə maraqlanan çox sayda mədəni fəalın iştirak edəcəyi gözlənilir.

 

Konfrans martın 30-u yerli vaxtla saat 17.30-da Tanrıdağ Türkçülər Dərnəyində keçiriləcək.

 

Tədbirdə Azərbaycan Respublikasının Tehrandakı keçmiş səfiri və Ankara Universitetinin müəllimi Prof. Nəsib Nəsibli çıxış edəcək.

 

Prof. Nəsib Nəsiblinin qatılımı ilə hər cümə axşamı günü Azərbaycanın ictimai-siyasi məsələləri ilə bağlı GünAz TV-də veriliş yayımlanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN