Çaldıranda terror qruplaşmaları ilə silahlı toqquşma olub, ölən və yaralananlar var

Çaldıranda terror qruplaşmaları ilə silahlı toqquşma olub, ölən və yaralananlar var

GünAz TV: Qərbi Azərbaycanın sərhədyanı Çaldıran şəhərində “Sepah” əməkdaşları ilə hələlik adı açıqlanmayan terror qruplaşmasına mənsub yaraqlılar arasında silahlı toqquşma yaşanıb, hadisə zamanı hər iki tərəfdən yaralananlar var, bir terrorçu isə öldürülüb.

 

Bu barədə “Sepah” terror təşkilatının yerli qərargahının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Hadisənin iyunun 23-də Çaldıran məntəqəsində baş verdiyi bildirilib.

 

“İran inqilabına zidd bir terror qruplaşması ölkəmizin sərhədlərinə daxil olmaq istədi. Lakin “Sepah”əməkdaşları ilə qarşılaşan terrorçular buna nail olmadı. Yaranan silahlı atışmada bir tterrorçu öldürüldü, ikisi yaralandı, biri isə sağ ələ keçirildi. Toqquşma zamanı iki “Sepah” üzvü də yüngül yaralanıb.”- deyə məlumatda qeyd olunub.

 

Hərbçilərin terrorçulara məxsus çox sayda silah-sursat ələ keçirdiyi qeyd olunub.

 

“Sepah” qərargahı açıqlamasında terror qruplaşmasının adını açıqlamasa da bu bölgədə PKK və ona bağlı olan “Pejak” kürd terror qruplaşmalarının fəaliyyət göstərdiyi hər kəsə aydındır. Bu qruplaşmalar Güney Azərbaycanın qərb bölgəsində vaxtaşırı terror aktları törədir. Məqsəd azərbaycanlıların bölgədən köçməsi və həmin məntəqənin kürdləşdirilməsinə nail olmaqdır. Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə İran rejimi də dəstək verir, lakin kontroldan çıxaraq idarə olunmayan kürd terror qruplaşmaları ilə hökumət qüvvələri arasında vaxtaşırı toqquşmalar yaşanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN