Çayparada təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirilir – GÖRÜNTÜ

Çayparada təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirilir – GÖRÜNTÜ

GünAz TV: İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olması ilə bağlı çıxışı Güney Azərbaycanın müxtəlif bölgələrində geniş etirazlara səbəb olub.


Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin Çaypara şəhərində soydaşlarımız divarlara müxtəlif şüarlar yazaraq təhsil nazirinin irqçi açıqlamasını pisləyib,  ana dildə təhsil və azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

 

Şəhərin müxtəlif məntəqələrində rast gəlinən şüarlar arasında “Türk dili mənim qırmızı xəttimdir” və “Azərbaycanlı milli-mədəni fəalları azad edin” kimi sözlər yer alıb.

 

Oxşar şüarlar ötən günlərdə Təbriz, Parsabad və Ərdəbil şəhərlərinin ən hərəkətli yerlərində divarlara yazılmışdır.

 

Hazırda İranın müxtəlif zindan və təcridxanalarında çox sayda azərbaycanlı milli-mədəni fəal, o cümlədən Lətif Həsəni, Siyamək Mirzayi, Cəfər Rüstəmirad, İbrahim Nuri, Kiyumərs İslami, Əmir Səttari və Qulam Quluzadə adlı fəallar saxlanılır.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, etiraz dalğası artıq Azərbaycanın bütün şəhər və kəndlərinə yol tapıb.

 

 

 

 

 

 N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN