Cido üzrə təbrizli çempion Azərbaycan milli komandasına qoşulub – GÖRÜNTÜ

Cido üzrə təbrizli çempion Azərbaycan milli komandasına qoşulub – GÖRÜNTÜ

GünAz TV: İranda idman məsulları tərəfindən dəstəklənməyən cido üzrə təbrizli çempion Arəş Ağayi Azərbaycan Respublikasının milli komandasına qoşulub.

 

Yerli mətbuat idmançının İran yığmasından ayrılaraq Azərbaycan Milli Komandasına keçməsini onunla komandanın baş məşqçi və müdiri arasında yaranan ixtilafla əlaqələndirib.

 

Bu barədə “Fars” xəbər agentliyi yazıb ki, 25 yaşlı cidoçu son söhbətlərində İran milli yığmasının baş məşqçisi Mənsuri və milli komandaların müdiri Rudəkinin onun komandada fəaliyyətinə mane olduqlarını bildirib. O sonda belə bir qərar verməyə məcbur olub.

 

“İsna” xəbər agentliyi isə qeyd edib ki, Arəş Ağayi fevralın 3-də Portuqaliyada 35 ölkədən 232 cidoçunun qatılımı ilə başlayan Beynəlxalq Cido Yarışlarında Azərbaycan Milli Komandasının uğurları üçün çalışacaq.

 

Arəş Ağayi bundan əvvəl cido üzrə gənclərin Asiya Çempionatında bürünc medala layiq görülüb, o beynəlxalq işçilər çempionatında da çempionluq əldə edib.

 

Adını çəkdiyimiz azərbaycanlı idmançı İran idman məsullarının ona olan laqeyd münasibəti nəticəsində Təbrizdə çörəkçi kimi işləyib.

 

 

 

Güney Azərbaycan şəhərlərində fars bölgələrindən fərqli olaraq idman sahəsinə diqqət yetirilmir, əksər idmançılarımız məsullar tərəfindən ayrı-seçkiliyə məruz qalır və iqtisadi cəhətdən ağır vəziyyətdə yaşayırlar. Bir çox güclü idmançımız problemlərdən dolayı qonşu ölkələr, o cümlədən Azərbaycan Respublikası və Türkiyəyə üz tutur.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN