Coronovirusla mübarizə aparan Amerika Birləşmiş Ştatlarında əvvəlcədən gözlənildiyi kimi bu həftə asan olmaya bilər. Ag evdə prezident Trumpın da qatıldığı Corona virusuna qarşı mətbuat konfransında New Yorkla bağlı xəbərlər həyacanlı oldu.Trump New Yorku yüksək risk bölgəsinə daxil etdi. Bəzi insanların Nyu Yorkdan çıxdığına dair xəbərlərə reaksiya verərkən dedi ki, ən ağıllı qərar sadəcə evdə oturmaqdır. Məlumatlara görə ən çox virusa yoluxanlar bu ştatdadır və sürətli bir şəkildə yayılmaqda davam edir.Amerika miqyasında bu günə qədər 370 min insana virusa yolxduğu barədə diqanoz qoyulub. Nyu Yorkda hər min insandan birində yoluxma var.Bu ştatdan gələn statiistik məlumatların narahat edici olduğundan Ag evdə də məlumatlıdırlar.Prezidentin köməkçisi Mike Pence də Nyu York mövzusunda çox narahat olduqlarını dilə gətirdilər.
“ Biz daha çox Nyu Yorkda fokuslaşmışıq.Ölkədəki yeni yoluxanların 60 faizi Nyu Yorkdadır.Bu şatatda yüksək riskli bölgə elan etdik. Bu günlərdə Nyu Yorkda olmusunuzsa mütləq şəkildə tempraturunuzu ölçün evdən cıxmayın.14 gün boyunca özünüzə ciddi nəzarət edin.Biz bu əraziləri böyük risk ərazisi elan etmişik.Amerika insanınının dediklərimizə əməl etməsini xahiş edirik”
Amerika Prezidenti Trump isə dedi ki, o Pasxa bayramına, yəni aprelin 12-dək Amerikada həyatın nisbətən normallaşması üçün əlindən gələni edəcək. Lakin bu qərarı vermədən əvvəl həkimlərdən ciddi məsləhət alacaq.Amerika xalqının sağlamlığı və güvənliyi ücün o, iqtisadi fəaliyyətlərin normala dönməsi mövzusunda gecikmələr də edə bilər. İqtisadi maraqlar, insan sağlamlığlndan öndə ola bilməz dedi. İnsanların evdə oturduğu müddətdə itirdikləri maliyyəni isə Amerika dövləti özü qarşılamağa çalışır.
“ Sekretar Mnuchin və mənim administrasiyam konqreslə işləməyə davam edir. Mən bunu ürəklə deyirəm ki, biz Amerika tarixinin ən böyük maliyyə yardımı paketi üzərində işləyirik.Bu xalq üçün nəzərdə tutulub. Ümid edirəm ki, senatorlar 2,5 triliyon dollarlıq plana razılıq verəcəklər. Hansıki zərə çəkmiş Amerikalı ailələr birbaşa nağd vəsait alacaqlar. Bu baş verənlər onların ghünahı deyil. Bu zərbə gözlənilmədən gəldi. Heç kim bunun olacağını düşünə bilməzdi. Bu bizim insanlarımızın səhvi deyil. Biz onları qorumaq istəyirik və biz ailələri qoruyacağıq. Sadə insanlara və ailələrə necə kömək lazımdırsa biz onu edəcəyik. Kiçik sahibkarlara da kömək edəcəyik. Bu işdə canı ilə carpışan həkim və tibb personalına və o sahədə çalışan hər kəsə maliyyə yardımı verəcəyik. Ən çox zərər çəkən turizim sektoruna, hava yolları şirkətlərinə dəstək olacağıq.”
Prezident Truamp dedi ki, durumu normallaşdırmaq üçün var qüvvələri ilə çalışırlar. Senata göndərilən sənədin şlkə iqtisadiyyatının normallaşdırmaq üçün plan qurulub. Bu planda ölkə sərhədlərini məsuliyyətlə başqa dövlətlər üçün açılması da var. Amerika prezidenti bunun qısa zamanda baş verəcəyini dedi. Dünya sağlıq təşkilatı Corona virusu infeksiyasında böyük sürətlənmə gördüklərini bu səbəblə Amerikanın Corona virusunun yeni mərkəzi olmasına diqqət çəkmişdi. Amerika prezidenti dedi ki, məlumatlar gəlir və statistikada göz önündədir. Amma unutmayaq dünyanın ən güclü tibbi heyəti Amerikadadır və biz də onların var gücləri ilə çalışmaları üçün hər addımı atırıq. Ölkənin qarşılaşdığı tibbi böhranı tezliklə tarixin yaddaşına göndərəcəklərini vəd verdi.
Qənirə Ataş, Günaztv.Vaşinqton.