Davada xəsarət aldığına görə tibbi ekspertiza mərkəzinə müraciət edənlərin sayı artıb – Şərqi Azərbaycanda

Davada xəsarət aldığına görə tibbi ekspertiza mərkəzinə müraciət edənlərin sayı artıb – Şərqi Azərbaycanda

GünAz TV: Şərqi Azərbaycan Əyalətində davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzinə müraciət edənlərin sayı artıb.


Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərd mətbuata məlumat verib.


“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 8 ayında 28 min 305 nəfər davada bədən xəsarəti aldığına görə əyalətin tibbi ekspertiza mərkəzlərinə müraciət edib. Müraciət edənlərdən 20 min 665 nəfəri kişi, 7 min 640 nəfəri isə qadın olub. Ötən il bu müddətdə müraciət edənlərin sayı 27 min 895 nəfər olub. Bu o deməkdir ki, cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranan davalarda xəsarət alanların sayı 1.5 faiz artıb.”- deyə o bildirib.


Əli Səfayifərdin sözlərinə görə, ötən il (İran təqvimi ilə 1397-ci il) ərzində Şərqi Azərbaycan Əyalətində davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzlərinə müraciət edənlərin sayı 37 min 500 nəfər olub. Onlardan 27 min 192 nəfəri kişi, 10 min 308 nəfəri isə qadın olub.

 

İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanda insanlar arasında qarşıdurmanın artması, nikah və doğum sayının azalması, boşanma, qətl və intihar hallarının çoxalması və s. kimi ictimai problemlərə səbəb olub . Bu problemlər Güney Azərbaycanın bütün əyalətlərində müşahidə olunur.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN