Deputatlığa namizədliyi rədd edilən Nadir Qazipur: Məni pantürkist adlandırırlar, var gücünüzlə Azərbaycanın qürurunu müdafiə edin – VİDEO

Deputatlığa namizədliyi rədd edilən Nadir Qazipur: Məni pantürkist adlandırırlar, var gücünüzlə Azərbaycanın qürurunu müdafiə edin – VİDEO

GünAz TV: Ötən günlərdə Urmiyanın hazırkı millət vəkili Nadir Qazipurun deputatlığa namizədliyinin qeydiyyata alınmasının təsdiq edildiyi barədə məlumat yayılsa da, bu barədə xəbərin yanlış olduğu məlum olub.

 

Nadir Qazipur deputatlığa namizədliyinin rədd edildiyini bildirərək pantürkist olmaqda ittiham olunduğunu deyib.

 

O Qərbi Azərbaycanın keçmiş valisinin verdiyi uydurma hesabatlardan dolayı belə bir ittihamla üzləşdiyini qeyd edib.

 

Millət vəkili fevralın 21-də keçiriləcək parlament seçkilərində Urmiyada vəziyyətin daha çox həssas olduğunu deyərək hər kəsi seçkilərdə aktiv olmağa çağırıb.

 

“Bizi kafər və nalayiq adlandıranları, biz özümüz seçmişik. Demək ki, ən çox onların özü kafər və nalayiq şəxslərdir. Mənim pantürkist olduğumu iddia edirlər. Əgər elədirsə, o zaman mən Xuzistan, Piranşəhr və ya Sərdəştdə nə üçün savaşırdım?!”- deyə o bildirib.

 

Deputatlığa namizədliyi rədd edilən hazırkı millət vəkili təkidlə Urmiya əhalisini seçkilərdə aktiv olmağa çağıraraq vurğulayıb ki, var gücünüzlə Azərbaycanın qəhrəman kişi və qadınlarını müdafiə edin. Qoymayın işlər nalayiq adamların əlinə keçsin.

 

Nadir Qazipurun mövzu ilə bağlı çıxışını aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=68&v=heo504H5wmU&feature=emb_logo

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN