Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə / GÖRÜNTÜ

Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə / GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində divarlara həbsdə olan güney azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.

 

Posterlərə şəhərin müxtəlif məhəllələrində rast gəlinir.

 

Güney azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik orqanlarının təqib və təzyiqlərinə rəğmən bütün riskləri göz önünə alaraq siyasi məhbuslara dəstək verməyə çalışır.

 

Posterlərin divarlara yapışdırılmasında məqsədlərdən biri də Azərbaycan ictimaiyyətinin diqqətini milli-mədəni fəallara edilən təzyiqlərə daha çox cəlb etməkdir.

 

“Azərbaycanlı siyasi məhbuslar özgür buraxılsın” yazılmış posterlərdə İranın müxtəlif zindanlarında məhbus həyatı yaşayan bir neçə azərbaycanlı milli-mədəni fəalın şəkili öz əksini tapıb.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN