Divarlara qrafit texnikası ilə “Urmiyanın kimliyinə səs verək” şüarı yazılıb – Urmiyada

Divarlara qrafit texnikası ilə “Urmiyanın kimliyinə səs verək” şüarı yazılıb – Urmiyada

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərində divarlara qrafit texnikası ilə “Urmiyanın kimliyinə səs verək” şüarı yazılıb.

 

Azərbaycanlı fəallar bu şəkildə Urmiya əhalisini doğma şəhərin gələcək taleyinə biganə qalmamağa çağırıblar.

 

Azərbaycanlı fəallar elan edib ki, parlament seçkilərində Urmiyadan namizədliyi qeydə alınan şəxslər onlar üçün ideal namizədlər deyil. Hətta onların bəziləri ilə fikir ayrılıqları da var. Lakin mühacir kürdlər Azərbaycanın qədim şəhəri Urmiyanın kimliyini dəyişib onu fərqli şəkildə təqdim etmək məqsədi ilə bu şəhərdən kürd deputat parlamentə göndərməyi planlaşdırır. Onlar bu iqtiqamətdə geniş fəaliyyət aparır. Ona görə də çağırılmamış qonaqlar və arxalarındakı terror qruplaşmalarının planlarını zərərsizləşdirmək məqsədi ilə seçkilərdə aktiv olmaq lazımdır.

 

Qeyd edək ki, kürdlər və onlara mənsub təşkilatlar İranda seçkiləri boykot edib. Lakin kürd terror qruplaşmaları, təşkilatları və kürd telekanallar bütün kürdləri Qərbi Azərbaycan şəhərləri, o cümlədən Urmiya, Sulduz, Sayınqala və Tikantəpə kimi şəhərlərə axışaraq seçkilərdə kürd namizədlərə səs vermələrini tələb edirlər. Onların bu barədə cəhdləri şübhəsiz ki, bölgənin kürdləşdirilməsinə xidmət edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN