Dr. Jalə Təbrizi son günlərdə Güney Azərbaycanda saxlanılan fəallar haqda BMT-yə raport təqdim edəcəyini bildirib

Dr. Jalə Təbrizi son günlərdə Güney Azərbaycanda saxlanılan fəallar haqda BMT-yə raport təqdim edəcəyini bildirib

GünAz TV: Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti son günlərdə Güney Azərbaycanda saxlanılan fəallar haqda Birləşmiş Millətlər Təşkilatına (BMT) raport təqdim etməyi planlaşdırır.

 

Bu barədə Ərk Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi Facebook səhifəsində məlumat yayıb.

 

O bildirib ki, çox sayda azərbaycanlı milli-mədəni fəalın saxlanılması haqda BMT və Beynəlxalq İnsan Haqları qurumlarına raport təqdim olunacaq.

 

İyulun 2-də Güney Azərbaycan şəhərlərində ən azı 14 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Tutuqlamalar ənənəvi Babak qalası yürüşünün (iyulun 5-ı və 6-da) qarşısını almaq məqsədi ilə baş verib. Bəzi fəallara isə sözügedən yürüşə qatılmasınlar deyə telefon vasitəsi ilə xəbərdarlıq edilib.

 

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının bərpası uğrunda Paris şəhərində fəaliyyət göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN