Əhali “Təbriz 2018”-i özü istədiyi kimi açılış etdi – VİDEO / GÖRÜNTÜ

Əhali “Təbriz 2018”-i özü istədiyi kimi açılış etdi – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Azərbaycan milli rəqs qrupları Təbrizin “El gölü” parkına toplaşaraq “Təbriz 2018” layihəsi üçün  istədikləri kimi açılış mərasimi keçiriblər.

 

Azərbaycanlı gənclərin təqdirəlayihəq tədbiri mayın 2-i yerli vaxtla saat 18 radələrində baş tutub.

 

Mərasim Azərbaycan bayrağı rənglərinin əks olunduğu bannerin nümayiş etdirilməsi ilə başlayıb. Bannerin üzərində türk dilində “Burası Azərbaycan, “Təbriz 2018”, Azərbaycanın milli rəqs qrupları” və ingilis dilində “Təbriz 2018”ə xoş gəlibsiniz” sözləri yazılıb.

 

 

Əhalinin böyük rəğbətini qazanan mərasimdə şeir də oxunub, mərasimin sonunda isə “Qardaşa qardaşıq biz – Düşmənə düşmənik biz” və “Özgürlüklə hürriyyət – Yaşasın mədəniyyət” kimi şüarlar səsləndirilib.

 

Əhalinin keçirdiyi mərasimə rəsmi icazə verilməyib. Yığıncağın sonunda mülki geyimli şəxslər və polis əməkdaşları mərasim iştirakçılarına hücum edib, onlar bir neçə fəalı yaxalamaq istəyiblər, lakin ətrafdıkı soydaşlarımız buna mane olub.

 

Aşağıdakı şəkil mərasimi kameraya çəkən mülki geyimli bir şəxsə aiddir, o azərbaycanlı gənclər tərəfindən fərq edilincə yığıncaqdan uzaqlaşdırılıb.

 

 

Mərasimin Video və Görüntüləri:

https://www.youtube.com/watch?v=CHpH6HwY20c

 

https://www.youtube.com/watch?time_continue=3&v=d4J1I2W5qe4

 

https://www.youtube.com/watch?v=3KwzIE6TNeM

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN