Əhər- Hurənd magistralında ağır qəza baş verib- Ölənlər var

Əhər- Hurənd magistralında ağır qəza baş verib- Ölənlər var

GünAz TV: Ötən axşam Güney Azərbaycanın Əhər- Hurənd magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Pejo markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində maşında olan 2 nəfər hadisə yerində ölüb, digər 2 nəfər isə yaralanıb. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.

 

Həmin gün Təbriz- Azərşah magistralında Səmənd və Pejo 405 avtomobillərinin toqquşması ilə baş verən digər yol qəzasında isə 6 nəfər ağır yaralanıb.

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Buna səbəb yerli istehsal olan avtomobillərin heç bir təhlükəsizlik standartlarına cavab verməməsi, bölgənin yollarının bərbad vəziyyətdə olması, əksər yolların işıqlandırılmaması və s. bu kimi amillər hesab edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN