Əhər-Təbriz yolunun asfaltı istifadəyə verildikdən bir ay sonra dağılıb

2019-04-18 08:34

GünAz TV: Uzun illər gözləntidən sonra Təbriz-Əhər yolunun istifadəyə verilən hissəsində asfalt bir ay belə davam gətirə bilməyib.

 

Məlumata görə, yol qısa müddət sonra bərbad vəziyyətə düşüb, bir çox yeri dağılıb.

 

Bu barədə Əhər və Herisin millət vəkili Beytulla Abdullahi “Fars” xəbər agentliyinə danışıb.

 

Əhalinin etirazından sonra yola baxış keçirildiyini deyən millət vəkili asfalt və yolun altyapısının keyfiyyətsiz olduğunu bildirib.

“Yol təxminən bir ay əvvəl istifadəyə verilib, lakin yolun tikilməsinə nəzarət edilmədiyi üçün artıq asfalt və onun altyapısı çöküb. Hesab eliyirəm ki, belə işlərə ciddi nəzarət olunmalıdır. Şərqi Azərbaycan Yol və Şəhərsalma İdarəsi bu məsələni araşdıraraq günahkarları cəzalandırmalıdır.”- deyə o bildirib.

 

Beytulla Abdullahi əlavə edib ki, Əhər-Təbriz yolu əyaləti qonşu bölgələrlə bağlayan ən hərəkətli yollardan biridir. Ona görə də bu yol bütün imkanlara malik olmalıdır. Caddənin keyfiyyəti, yol nişanları və s. elə bir səviyyədə olmalıdır ki, insanlar rahat şəkildə bu yoldan istifadə edə bilsin... .

 

Millət vəkilinin dediyi kimi, Əhər-Təbriz yolu olduqca hərəkətli və bölgə üçün böyük əhəmiyyət kəsb edən bir caddədir. Yolun ensiz olması və təhlükəli döngələri səbəbindən hər il onlarla bölgə əhalisi yol qəzası keçirərək həlak olur. Bu vəziyyət o həddə çatıb ki, Əhər-Təbriz yolu “Azərbaycanın ölüm caddəsi” adı ilə dillərə düşüb.

 

Sözügedən yolun təmiri və enləndirilməsi ilə bağlı işlərə 10 il əvvəl başlanılıb, lakin bu yol hələ də istifadəyə verilməyib. Hökumət hər dəfə yolun bir hissəsini istifadəyə verməklə özünü reklam edir, buna baxmayaraq yolun bir çox hissəsində təmir işləri yekunlaşmayıb.  İstifadəyə verilən hissələr isə yenidən dağılaraq sıradan çıxır. 10 il müddətində təmiri yekunlaşmayan Əhər-Təbriz yolunun uzunluğu 90 kilometrdir.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01