Əkbər Azad, Abbas Lisani ilə bağlı İran Məhkəmə Sisteminin rəisinə açıq məktub ünvanlayıb

2019-06-04 06:02

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının qocaman fəallarından olan Əkbər Azad İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Ərdəbil zindanında aclıq aksiyası keçirməkdə olan tanınmış milli-mədəni fəal Abbas Lisaniyə qarşı edilən ədalətsizliyə etiraz bildirib.

 

Fəal məktubda zindan məsulları, təhlükəsizlik qüvvələri və məhkəmələrin azərbaycanlı fəala qarşı yol verdiyi qanunsuzluq və ədalətsizliyə dəfələrlə öz etirazını bildirib.

 

Əkbər Azad məktubu öz Facebook səhifəsində yayıb.

“Cənab Lisani Ərdəbil zindanının vəziyyəti, həmçinin Təbriz və Ərdəbil məhkəmələrinin ədalətsizliyinə qarşı aclıq aksiyasına başlayıb. O özü ilə qanun çərçivəsində rəftar olunmasını tələb edir. Təəssüflə aclıq elan etdikdən sonra o zindanın daha ağır şəraitdə olan karantin bölümünə köçürülüb.

Türk əhalisi nisbi olaraq ölkənin əksəriyyətini təşkil edir. Lakin bu əhali ana dilində təhsil almaq, ətraf mühitin təxrib edilməsi, Urmu gölünün qurudulması, Qaradağ və Astarada ağacların kəsilməsi və s. kimi məsələlərdə ayrı-seçkiliyə məruz qalır. Azərbaycanlılar bu kimi məsələlərə etiraz edən zaman saxlanılır, həbs edilir və repressiya ilə üzləşir.

Ərdəbil sakini olan Abbas Lisani zorakılığa qarşı olduğu bir halda uzun illərdir ki, ölkə qanunları və beynəlxalq konvensiyalar əsasında İranda türk əhalisi, xüsusi ilə də Azərbaycan türklərinə qarşı tətbiq olunan ayrı-seçkiliyin əleyhinə dinc mübarizə aparır. Bu fəaliyyətinə görə, dəfələrlə ona qarşı dosye təşkil olunub və qanunların ruhuna zidd şəkildə həbs cəzasına məhkum edilib. O bir neçə aydır ki, Təbrizdə məhkəmə iclasını tərk edərkən özbaşına məmurlar tərəfindən saxlanılaraq Ərdəbil zindanına aparılıb. Təbriz və Ərdəbil məhkəmələrinin təhlükəsizlik qüvvələrinin bu kimi özbaşınalığına laqeyd qalması bütün əhali, xüsusi ilə də Azərbaycanın türk milli-mədəni fəallarında təəssüf və nigaranlıq hissi doğurur.

Abbas Lisaninin vəkili 10 gündən çoxdur ki, fəalın barəsində təşkil olunan dosyenin xülasəsini ona təhvil vermək üçün Ərdəbil zindanına təqdim edib. Lakin həmin dosye zindan məsulları tərəfindən cənab Lisaniyə verilmir. Ona görə də Abbas Lisani bu qanunsuz hərəkətə etiraz olaraq aclıq aksiyası keçirməyə qərar verib.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Zindan məsulları, təhlükəsizlik qüvvələri, həmçinin Təbriz və Ərdəbil məhkəmələrinin mövqeyini qanunazidd adlandıran Əkbər Azad sözlərinin sonunda vurğulayıb ki. əhalinin məhkəmə ədalətinə olan ümidsizliyi gözlənilməz hadisələrə çevrilmədən cənabınızdan dosyeləri gözdən keçirərək azərbaycanlı milli-mədəni fəallar, o cümlədən Abbas Lisaninin azadlığa buraxılması haqda qərar qəbul etməyinizi istəyirəm. Bu şəkildə bəzi təhlükəsizlik qüvvələri və Ərdəbil zindanı məsullarının özbaşınalığı, həmçinin Təbriz və Ərdəbildə bəzi məhkəmələrin müstəqilliyinin itirilməsinin qarşısını da almaq mümkün olar.

 

Qeyd edək ki, tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır, o vəkilinin hazırladığı dosyesinin zindan məsulları tərəfindən ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyası keçirir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02