Ərdəbil divarları üzərində siyasi qrafit... – GÖRÜNTÜ

Ərdəbil divarları üzərində siyasi qrafit... – GÖRÜNTÜ

GünAz TV: Ərdəbil xiyabanlarında təxminən hər gün azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmış yeni şüarlara rast gəlinir.

 

Rejimin Azərbaycana qarşı irqçi siyasətinin davam etməsi əlaqələndirilmiş fəaliyyətlərin güclənməsi, şüarların günü-gündən artması və fərqli şəkillərdə yazılmasına səbəb olur.

 

Son məlumata görə, Ərdəbil şəhərinin bəzi məntəqələrində qrafit texnikası ilə yazılmış milli şüarlara rast gəlinir. Divarlar üzərində böyük hərflərlə yazılan şüarda İranın mərkəzçi siyasətinə etiraz edilib və azərbaycanlıların işsizlik və digər problemlərdən dolayı doğma vətənlərini tərk edərək İranın mərkəzi şəhərlərinə mühacirət etmələri barədə xəbərdarlıq edilib.

 

Şəkildə göründüyü kimi, son günlərdə müşahidə olunan şüar “Hər il Güney Azərbaycanda 80 mindən çox insan məcburi olaraq yoxa çıxır” və “Stop mərkəzçi Tehran” sözündən ibarətdir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN