Ərdəbil divarlarında azərbaycanlı məhbus fəalların qrafit ŞƏKİLLƏRİ

Ərdəbil divarlarında azərbaycanlı məhbus fəalların qrafit ŞƏKİLLƏRİ

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar İran zindanlarında məhbus həyatı yaşayan əqidədaşlarının azadlığa buraxılmasını tələb edir.

 

Onlar bu məqsədlə Ərdəbildə divarlara müxtəlif şüarlar yazıb, qrafit texnikası ilə fəalların şəkillərini çəkiblər.

 

“Siyasi məhbusun tribunası xiyabanı” adı ilə çəkilən şəkillər arasında Siyamək Mirzayi, Lətif Həsəni, İbrahim Nuri, Camal Musəvi və Əmir Səttarinin görüntüləri yer alıb.

 

Sözügedən şəkillərə Ərdəbilin müxtəlif məntəqələrində rast gəlmək mümkündür.

 

Uzunmüddətli həbs cəzasına məhkum edilən fəallar İranın müxtəlif zindanlarında saxlanılır. Dr. Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanı, Mühəndis Siyamək Mirzayi və İbrahim Nuri Tehranın Evin zindanı, Camal Musəvi Sarab zindanı və Əmir Səttari Təbriz zindanında məhbus həyatı yaşayır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN