Ərdəbil dünya klublarının yunan-Roma güləşi yarışlarının çempionu olub

Ərdəbil dünya klublarının yunan-Roma güləşi yarışlarının çempionu olub

GünAz TV: Ərdəbilin “Bimə Razi” komandası dünya klublarının beşinci yunan-Roma güləşi yarışlarının çempionu olub.

 

Yunan-Roma güləşi üzrə 2018-ci il Dünya Kubokunun final mərhələsində “Bimə Razi” komandası 8:2 hesabı ilə  Rusiya komandasına qalib gələrək yarışların çempionu seçilib. İkinci və üçüncü yeri isə sıralama ilə Rusiya və İranın “Sina Sənət İzə” komandaları tutub.

 

Ərdəbilin Hüseyn Rzazadə salonunda keçirilən yarışlar dekabrın 20-dən başlayaraq 2 gün davam edib. 6 min nəfərlik stadion güləş tamaşaçıları ilə dolub, hətta oturacaqlarda yer olmadığından bir çox insan yarışları ayaq üstə izləməli olub.

 

Yarışlarda Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Serbiya, Qırğızıstan və İranın 3 komandası iştirak edib. İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı bir çox ölkə yarışlara qatılmaqdan imtina edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN