Ərdəbil Ədliyyə İdarəsinin rəisi: Əyalətin əsas problemlərindən biri işsizlik məsələsidir

Ərdəbil Ədliyyə İdarəsinin rəisi: Əyalətin əsas problemlərindən biri işsizlik məsələsidir

GünAz TV: Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati əyalət əhalisinin dolanışıq səviyyəsinin aşağı olmasından şikayətlənib.

 

O bu barədə cümə axşamı günü özəl sektorun nümayəndələri ilə keçirilən iclasda çıxış edib.

 

“Cəmiyyətdə yaşanan bir çox problemlərin səbəbi əhalinin dolanışıq səviyyəsinin aşağı olması ilə bağlıdır.

Əvvəllər maddi sıxıntılar ailədaxili ixtilaflarda az rol oynayırdı. Lakin indi vəziyyət dəyişib. Ailədaxili bir çox ixtilaflar, eləcə də cəmiyyətdə yaşanan digər problemlərin əksəriyyətinin səbəbi iqtisadi məsələlərlə bağlıdır.

Müxtəlif cinayətlərə görə çox sayda gənc həbsxanalarda məhbus həyatı yaşayır. Onların əksəriyyəti narkotik maddələri ilə əlaqədar saxlanılıb. Bu problem də əsasən ailələrin yoxsul vəziyyəti ilə bağlıdır. Hesab eliyirəm ki, bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsinə ehtiyac var.”- deyə o bildirib.

 

Məhkəmə işlərinin əksəriyyətinin maliyyə məsələləri ilə bağlı olduğunu deyən Nasir Ətəbati vurğulayıb ki, Ərdəbil Əyalətinin əsas problemlərindən biri işsizlikdir. Bu məsələ öz həllini taparsa, cəmiyyətdə olan bir çox problem yaxşıya doğru dəyişə bilər.

 

Qeyd edək ki, son vaxtlar narkomaniyanın geniş yayılması, boşanma hallarının artması, intihar, silahlı oğurluq və digər cinayət hadisələri Güney Azərbaycanın bütün bölgələrində artıb. Bu problemin əsasən işsizlik və yoxsulluqdan qaynaqlanması kimsədə şübhə doğurmur. İran rejimi vəziyyətin yaxşılaşması uğrunda heç bir addım atmır, bu vəziyyət yerli əhali ilə yanaşı bəzi məsullarında etirazına səbəb olur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN