“Ərdəbil Əyaləti əhalisinin əsas sosial problemi boşanma məsələsidir”

“Ərdəbil Əyaləti əhalisinin əsas sosial problemi boşanma məsələsidir”

GünAz TV: Ərdəbil valisi Əkbər Behnamcu təmsil etdiyi əyalətin birinci sosial probleminin boşanmadan ibarət olduğunu deyib.

 

Ərdəbil Əyaləti İdarələr Şurasının keçirdiyi iclasda çıxış edən vali boşanmaların 70 faizinin evliliyin birinci 7 ilində baş verdiyini deyib.

 

“Əyalətin əsas sosial problemləri araşdırılıb. Cəmiyyətin birinci sosial probleminin nikahların pozulmasından ibarət olduğu məlum olub. Ailələrin dağılması ailə üzvləri arasında qarşıdurma, ümidsizlik, depressiya və s. kimi amillərdən irəli gəlir. Bu vəziyyət narkomaniyanın artmasına səbəb olmaqla yanaşı əyalətin iqtisadi durumuna da mənfi təsir göstərir.”- deyə o bildirib.

 

Əkbər Behnamcu

 

Əkbər Behnamcu sözügedən sosial problemlə bağlı rəsmi orqanları imkanları daxilində önləyici tədbir almağa çağırıb. O bildirib ki, bütün rəsmi orqanlar öz işçiləri və onların ailəsini xüsusi olaraq hazırladıqları mədəni proqramlara cəlb edərək onları maarifləndirib və mümkün ailə içi münaqişələrin qarşısını almağa çalışmalıdırlar.

 

Qeyd Edək ki, işsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanın bütün əyalətlərində boşanmaların sayını artırıb. Bundan əvvəl Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin rəsmiləri təmsil etdikləri əyalətlərdə dörd nikahdan birinin boşanma ilə nəticələndiyini qeyd etmişdir.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN