Ərdəbil Mədəni İrs Təşkilatının rəisinin Manna çarlığını türk dövləti adlandırması paniranistləri qəzəbləndirib

Ərdəbil Mədəni İrs Təşkilatının rəisinin Manna çarlığını türk dövləti adlandırması paniranistləri qəzəbləndirib

GünAz TV: Ötən günlərdə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi haqlı olaraq Manna çarlığını türk dövləti adlandırmışdır.

 

Bu məsələ paniranist qüvvələri qəzəbləndirib, onlara məxsus kütləvi informasiya vasitələri Mədəni İrs Təşkilatının rəisinə qarşı hərəkətə keçib.

 

Nadir Fəllahi ötən günlərdə 18 May – Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna çarlığı dövrünə aid 3 min illik qədəhin nümayiş etdiriləcəyini açıqlayıb.

3 min illik gümüş qədəh daha 400 tarixi əşya ilə birlikdə Güney Azərbaycanın xalxal şəhərində tapılıb.

 

“Manna çarlığı türk dövləti olub. Bu quruluş təxminən 1000-700 il eradan əvvəl bugünkü İranın şimal-qərbində hökm sürüb. Xalxal şəhəri Manna çarlığının bir hissəsi olub.”- deyə Mədəni İrs Təşkilatının rəisi qeyd etmişdir.

 

Azərbaycanlı yerli məsul bu sözləri dilə gətirdikdən sonra sosial şəbəkələrdə paniranistlərin hədəfinə düşüb, onun ünvanına müxtəlif xoşagəlməz sözlər yazılır.

 

İranın təhlükəsizlik orqanlarına bağlı “Azəriha” saytı isə bu barədə bir neçə yazı dərc edərək hökumət rəsiminin bu sözlərini “bölücülük ədəbiyyatını yaymaq” kimi qiymətləndirib və Nadir Fəllahini açıqlamanı təkzib etməyə çağırıb.

 

Ərdəbil Mədəni İrs Təşkilatının rəhbərliyini pantürkistlərin əlaltıları adlandıran “Azəriha” saytı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsini hədəfə alaraq iddia edib ki, ökənin peşəkar mətbuatı Nadir Fəllahinin açıqlamasını dərc etməyib. Lakin (Güney Azərbaycanın bölücü qrupu)na aid GAMAC, Azərbaycan Əncüməni (Assosiasiyası) və Yolpress kimi bir neçə etibarsız sayt belə bir təhrifə yol verib.

 

“Azəriha” saytı o halda belə bir iddia ilə çıxış edib ki, İranın bir çox mətbuat orqanı, o cümlədən Ərdəbil Mədəni İrs Təşkilatının rəsmi saytı Nadir Fəllahinin Manna çarlığının türk dövləti olduğuna dair açıqlamasını işıqlandırıb, hətta Google-da axtarışa verməklə bunu görmək mümkündür.

 

Qeyd edək ki, İran mənbələrində türklərin tarix və mədəniyyəti təhrif edilib, paniranistlər türklərin islamdan əvvəl Azərbaycan və ya bugünkü İran coğrafiyasında yaşadığını inkar edir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN