“Ərdəbil məktəblərində türk dili tədris olunacaq” – Millət vəkili

2019-09-08 12:20

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri yeni dərs ilində əyalət məktəblərində türk dili dərslərinin eksperimental tətbiqinə başlanılacağını bildirib.

 

O bu barədə sentyabrın 7-də Ərdəbil Mədəniyyət və İncəsənət Kompleksində keçirilən bir tədbirdə danışıb.

 

“Uzun illərdir ki, konstitusianın 15-ci maddəsi qeyri-müəyyn vəziyyətdədir. Bu il türk dilinin tədrisi ilə onun icrasına başlanılacaq.

Ərdəbil əhalisinin əsas tələblərindən biri məhz türk dilinin tədris olunmasıdır. Təbii ki, yerli məsullar və qeyri-hökumət təşkilatları bu dilin qrammatikasının məktəblərdə tədris olunmasına çalışır. Şübhəsiz ki, səylərimiz davam edəcək və istədiyimiz nəticəyə nail olacayıq.

Hesab eliyirəm ki, universitetlərdə də türk dilinə diqqət yetirilməlidir. Hətta bu dili öyrənmək istəyən yerli olmayan öyrəncilər üçün də türk dili kusrları təşkil olunmalıdır.”- deyə o bildirib.

 

Südeyif Bədri əlavə edib ki, artıq türk dilinin tədrisi üçün kitablar hazırdır və təsdiq edilmək üçün parlamentin araşdırma mərkəzinə göndərilib.

 

İki həftə əvvəl Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşayi yeni dərs ilində türk dilinin tədrisi istiqamətində sınaq dəsrlərinə başlanılacağını bildirmişdir. Onun sözlərinə görə, Şərqi Azərbaycanın bəzi məktəblərində şagirdlərə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.

 

Cəfər Paşayinin açıqlamasından bir neçə gün sonra Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri bu layihənin yalnız Şərqi Azərbaycan Əyaləti deyil, bütün əyalətlərə, o cümlədən Qərbi Azərbaycan Əyalətinə də şamil olduğunu qeyd etmişdir.

 

Hələlik türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqi haqda geniş məlumat yoxdur. Layihənin təfərrüatı məlum olmadığı üçün bu barədə dəqiq heç nə demək mümkün deyil. Lakin bu layihə məktəblərdə ana dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasını unutdurmaq məqsədi ilə həyata keçiriləcəksə, həmçinin dərsliklərin mətni türk dilindən daha çox fars dilini əks etdirəcəksə, o zaman dövlətin qeyri səmimi olduğu bir daha üzə çıxacaq.

İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq, ölkə üzrə yayımlanan türk dilində televiziya və qəzet, eləcə də bir çox milli və mədəni hüquqdan məhrumdur. İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, məktəb və universitetlərdə türk dilinin tədris olunmasına icazə vermir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazı ilə qarşılanır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Quzey Xorasan əyalətində çox sayda türk kitabələr tapılıb

2020-11-24

gun az article

Dünya şöhrətli fotoqraf azərbaycanlıların multikulturalizm mədəniyyətini yüksək dəyərləndirib- FOTO

2020-11-24

gun az article

Güney Azərbaycanın qocaman sənətçisi Əkbər Yəzadani dünyasını dəyişib

2020-11-24

gun az article

Behnam Şeyxi və Həmid Mənafi Evin Həbsxanasına qayıtdılar

2020-11-24

gun az article

Qarabağın azad edilməsini dəstəkləyən 10 məhkum Urmiya İnqilab Məhkəməsinə çağrılıb

2020-11-24

gun az article

GünazTV Nov.23.2020: PARLAQ GƏLƏCƏK:Qafqaz’da Yeni Jeopolitik Dəyişikliyin Son Durumu

2020-11-24

gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22