Ərdəbildə 4 min nəfər zibil yığan var

Ərdəbildə 4 min nəfər zibil yığan var

GünAz TV: Ərdəbil Əyaləti prokuroru bildirib ki, Ərdəbildə 4 min nəfər zibil yığan var, bu məsələ cəmiyyətdə bir çox problemlərə səbəb olur.

 

Nasir Ətəbati bu barədə yanvarın 15-də əyalət üzrə şəhərlərin təmizliyi və tullantılarla bağlı fəaliyyət göstərən işçi qrupunun keçirdiyi iclasda çıxış edib.

 

“Ərdəbildə zibil yığanların əksəriyyəti narkoman, işləyən uşaqlar və sosial yardımdan məhrum olan insanlardır. Tikintisi yarımçıq buraxılmış binalarda baş verən oğurluqların əksəriyyəti bu insanlar tərəfindən edilir.

 

Zibil toplamaq şəhərdə xoşagəlməz vəziyyət yaratmaqla yanaşı ictimaiyyən düşüncəsinə də mənfi təsir edir”- deyə o bildirib.

 

Prokuror məişət tullantılarının basdırılması ilə bağlı qeyd edib ki, Ərdəbildə tullantıların basdırıldığı yer düzgün seçilməyib, həmin yer insanların sağlamlığına ziyan vurur. Bu barədə elmi araşdırmalar əsasında ciddi tədbir alınmalıdır.

 

Qeyd edək ki, zibil yığanların sayının günü-gündən artması şübhəsiz ki, əhalinin gündəlik güzəranı və ağır iqtisadi vəziyyəti ilə bağlıdır. Güney Azərbaycanın əksər şəhərlərində oxşar vəziyyət yaşanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN