Ərdəbildə azərbaycanlı fəalların kitab paylama tədbiri davam edir – GÖRÜNTÜ

2018-09-25 06:42

GünAz TV: Ərdəbildə təhsil müəssisələrinin açılışı günü başlayan kitab paylama tədbiri davam etdirilir.

 

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də (mehrin 1-i) İran və Güney Azərbaycanda yeni dərs ili başlayıb. Həmin gün Əsrdəbilin müxtəlif məntəqələri, xüsusən də məktəblərin önündə Azərbaycan türkcəsində kitablar paylanılıb. Fəallar kitab paylamaqla yanaşı ətrafdakı soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri şərh ediblər. Fəallar soydaşlarımızla danışarkən təhsil sistemi ilə əlaqədar mütərəqqi ölkələrinin sistemini misal çəkiblər.

 

Tədbir sentyabrın 24-də də davam etdirilib. Məlumata görə, bir neçə fəal məktəblərə gedərək əvvəldən hazırlanmış türk dilində kitabları şagirdlərə hədiyyə edib. Məktəblilər dərs otağında belə bir hədiyyəni qəbul etməkdən sevinc hissi keçiriblər.

 

Azərbaycanlı fəallar ana dilində təhsillə bağlı Beynəlxalq Ana Dili Günü ərəfəsində də oxşar tədbirlər keçirir. Məqsəd İranda təkdilli təhsil sisteminin fars şovinizminin ideyalarına xidmət etdiyini göstərmək və ana dilində təhsil tələbi irəli sürməkdir.

 

Ərdəbilli fəallar digər şəhərlərin fəalları kimi, yeni dərs ili ərəfəsində kitab və vərəqələr paylamaq, həmçinin divarlara şüar yazmağa təkid edirlər, prosesin bir həftə davam edəcəyi vurğulanır.

 

Ölkə əhalisinin təxminən 40 faizini təşkil edən Azərbaycan türkləri İranda ən ibtidai hüquqlarından məhrumdur, onların ana dilində təhsil almasına imkan verilmir. İran rejiminin irqçi siyasəti geniş etirazlara səbəb olsa da, təəssüflə bu zəmində hələlik heç bir nəticə əldə olunmayıb.

 

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020: İranın Korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerika'nın İran'a son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21