Ərdəbildə beyin ölümünə düçar olmuş 3 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb

Ərdəbildə beyin ölümünə düçar olmuş 3 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb

GünAz TV: Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirməkdədir.

 

Ərdəbil Tibb Universitetinin müalicə işləri üzrə rəis müavini təmsil etdiyi əyalətin bədən orqanlarının bağışlanması üzrə ölkənin ən öncül əyalətləri sırasında olduğunu vurğulayaraq bu humanist ənənənin cari ildə də davam etdirildiyini diqqətə çatdırıb.

 

Doktor Rzayi Bəna bildirib ki, ilin əvvəlindən (İranda yeni təqvim ili martın 21-dən başlayır) bu günədək beyin ölümünə düçar olmuş 5 xəstənin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb. Onlardan 3-ü ötən günlərdə qeydə alınıb. Həmin şəxslərin orqanları bir neçə nəfəri ölümdən qurtarıb.

 

“Ötən il beyin ölümünə düçar olmuş 23 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb. Son günlərdə qeydə alınan 3 faktı da nəzərə aldıqda bu günədək Ərdəbil Əyalətində 118 dəfə bədən orqanının bağışlanması faktına şahid olmuşuq.”- deyə o bildirib.

 

Bütün dünyada olduğu kimi, Güney Azərbaycan və İranda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. İranda orqan bağışlanması beyin ölümünə düçar olmuş xəstələrin ailəsinin razılığı əsasında həyata keçirilir. Güney Azərbaycan Əyalətlərində orqan bağışlama faktlarında tez-tez rast gəlinir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN