Ərdəbildə bildiriş vərəqələri paylanılıb: Azərbaycan nə istəyir?

Ərdəbildə bildiriş vərəqələri paylanılıb: Azərbaycan nə istəyir?

GünAz TV: Günye Azərbaycanın Ərdəbil şəhərində “Azərbaycan nə istəyir?” başlığı ilə yazılan minlərlə bildiriş vərəqəsi paylanılıb.


Yanvarın 16-ı axşam saatlarında güney azərbaycanlı fəallar tərəfindən paylanılan vərəqələrdə İrandakı vəziyyət, Güney Azərbaycana qarşı edilən ikiqat ayrı-seçkilik və azərbaycanlıların istəyi məsələlərinə toxunulub.


Bildiriş vərəqələrində həbsdə olan güney azərbaycanlı fəallar və qəhrəmanlarımıza da işarə olunaraq Azərbaycanın qurtuluşunun birlikdən asılı olduğu vurğulanıb.


Bildirilib ki, Azərbaycan türk milləti bu həssas şəraitdə ayıq-sayıq olmalı, vaxtı ilə türkləri repressiyaya məruz qoyan cərəyanların sözdə demokratiya şüarlarına inanmamalıdır.


“Azərbaycan milləti kimi haqlı tələblərimizin təmin olunması, Məşrutə dövrü, eləcə də ondan əvvəlki siyasi mövqeyimizə qayıtmaq üçün mütləq birlikdə olmalıyıq. Biz insani hüquqlarımızı əldə etmək üçün Abbas Lisani kimi azərbaycanlı milli-mədəni fəallara dəstək verib, milli və fərdi hüquqlarımızı dərk edərək sistemli şəkildə Azərbaycan Milli Hərəkatının qanuni və hüquqi tələbləri uğrunda hərəkət etməliyik.”- deyə bildiriş vərəqəsinin sonunda vurğulanıb.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN