Ərdəbildə idarə rəisi maliyyə pozuntuları ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib

2019-12-11 17:57

GünAz TV: Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati təmsil etdiyi şəhərin Regional Su İdarəsinin rəisi barəsində ağır həbs qərarının çıxarıldığını bildirib.

 

Onun sözlərinə görə, Ərdəbil Apellyasiya Məhkəməsi Səlamət Əzizi barəsində qəti hökm çıxarıb.

 

“Regional Su İdarəsinin rəisi dövlət əmlakını mənimsəmə ittihamı ilə 7 il həbs, 1 milyard rial məbləğində cərimə və dövlət işində çalışmaq hüququndan məhrum edilmə hökmü ilə üzləşib. Səlamət Əzizi rüşvət alma ittihamı ilə bağlı isə 7 il həbs, 1 milyard rial məbləğində cərimə, işində azad edilmə və 74 şallaq zərbəsinə məhkum olunub. Bundan əlavə, o tender əməliyyatları zamanı yol verdiyi qanunsuz əməllər, tutduğu vəzifədən sui-istifadə etmək və dövlət sənədlərini saxtalaşdırmaq ittihamına görə həbs və cərimə cəzası ilə üzləşib.”- deyə Nasir Ətəbati qeyd edib.

 

Ədliyyə İdarəsinin rəisi Səlamət Əzizinin toplam olaraq 20 il həbs cəzasına məhkum edildiyini bildirib.

 

İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08

gun az article

Təbrizin çıxışındakı lövhədən “Türkiyə” sözü silinib

2020-07-08

gun az article

Təbrizdə kiçik qız heykəlinin qaldırılması etirazlara səbəb olub

2020-07-08

gun az article

GünazTV July.07.2020-Özümüz: Qacarlar: Məhəmməd Şah Dönəmi

2020-07-08

gun az article

GünazTV July.07.2020 -GÜNDƏM MASASI: İranın, G.A. Milli fəallarına qarşı uzun müdətli həbslərin verilməsi səbəbi

2020-07-08

gun az article

“Çağdaş Azərbaycan Kültür Dərnəyi” Abbas Lisaninin həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-07

gun az article

Güney azərbaycanlı tələbə Pərisa Rəfii Evin zindanına aparılıb

2020-07-07

gun az article

Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var

2020-07-07

gun az article

Güney Azərbaycanda bir xəstəxananın 40 əməkdaşı koronavirusa yoluxub

2020-07-07

gun az article

Qərbi Azərbaycanda daha bir xəstəxana COVID-19 xəstələrinə ayrılıb: yoluxanların sayında rekord artım

2020-07-07

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-07-07

gun az article

Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib

2020-07-07

gun az article

GünazTV July.06.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin sosial-iqtisadi çöküşü və rejimin gələcəyinə bir baxış

2020-07-06

gun az article

Güney Azərbaycanın kəndləri boşalır

2020-07-06