Ərdəbildə millət vəkilinin ofisinin qapısına kinayəli şüar yazılıb: “Konstitusiyanın 15-ci maddəsini ləğv edin!”

Ərdəbildə millət vəkilinin ofisinin qapısına kinayəli şüar yazılıb: “Konstitusiyanın 15-ci maddəsini ləğv edin!”

GünAz TV: Azərbaycanlı milli fəallar Ərdəbilin İran parlamentindəki millət vəkilinin ofisinin qapısına kinayəli şüar yazıblar.

 

Məhəmməd Feyzinəjadın Ərdəbildəki əhali ilə əlaqələr ofisinin qapısına “Konstitusiyanın 15-ci maddəsini ləğv edin!” şüarının yazılması millət vəkilinin son zamanlar Azərbaycanın mənafeyinə qarşı sərgilədiyi mövqe ilə əlaqədardır.

 

Bildirilir ki, millət vəkilinin Azərbaycan türk millətinin ana dilində təhsil tələbinə laqeyd yanaşması və Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” ərazisinin Gilan Əyalətinə ilhaq edilməsi planına razılıq verməsi azərbaycanlı fəalların etirazına səbəb olub. Fəallar millət vəkilinin ofisinin qarşısında kinayəli şüar yazaraq ona sərgilədiyi yanlış mövqe ilə bağlı xəbərdarlıq ediblər.

 

İran Konstitusiyasının 15-ci maddəsində ölkə mətbuatında fars dili ilə yanaşı yerli etnik dillərinin istifadə olunması  və bu dillərin məktəblərdə tədris edilməsinin azad olduğu qeyd olunub. İran rejimi müxtəlif bəhanələrlə 15-ci maddənin icra olunmasına icazə vermir. Bunun nəticəsində qeyri-fars millətlərinə mənsub milyonlar şagird və öyrənci fars dilində təhsil almağa məcbur edilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN