Ərdəbildə partlayış olub: 3 ölü, 3 yaralı

Ərdəbildə partlayış olub: 3 ölü, 3 yaralı

GünAz TV: Ərdəbil Əyalətinin Samiyan kəndində yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

 

Bu barədə Ərdəbil Əyaləti Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Məcid Qəribani fevralın 5-i səhər saatlarında jurnalistlərə məlumat verib.

 

“Hadisə qaz sızması və elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yaranıb. Partlayışdə 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb, yaralılar dərhal xəstəxanaya çatdırılıb”- deyə o bildirib.

 

Onun sözlərinə görə, hadisənin səbəbi və təfərrüatı  ekspertlər tərəfindən araşdırılır, hələlik bu barədə dəqiq məlumat yoxdur.

 

Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi bölgə əhalisinə müraciət edərək hər kəsi qaz və elektrikdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb. O bildirib ki, qaz trubalarını davamlı yoxlamaq və standart peçlərdən (soba) istifadə etmək təhlükəsizlik üçün vacib məsələlərdən biridir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN