Ərdəbildə qarşıdakı ilin türkcə təqvimi yayılıb – GÖRÜNTÜ

Ərdəbildə qarşıdakı ilin türkcə təqvimi yayılıb – GÖRÜNTÜ

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü (21 Fevral) ərəfəsində türk dilində təqvim yayıblar.

 

1397-ci ilin (hicri-şəmsi tarixi ilə) təqvimi fevralın 11-də Ərdəbildə yayılıb. Üzərində “Ana dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı yazılmış təqvimdə ayların adı türkcə yazılıb.

 

Təqvimin üzərində bu cümlələr də qeyd olunub:

“Tərəqqi etməyə çalışan millət, üş pilləni çıxmalıdır: 1- Mədəni pillə 2- Siyasi pillə 3- İqtisadi pillə. Demək ki, mədəni tərəqqi, siyasi və iqtisadi tərəqqiyə yol açır.

Öz kimliyini düşünə bilməyən üç varlıqdan məhrum olur: 1- Düşüncə 2- Mənlik 3- Cəsarət.”

 

Azərbaycanlı fəallar bununla Beynəlxalq Ana Dili Gününü qeyd edərək 30 milyondan çox Azərbaycan türkünün ana dilində təhsil hüququnu tələb edib, ölkədə ayrı-seçkilik siyasətinə son qoyulmasını istəyiblər.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN