Ərdəbildə qrafit texnikası ilə divarlara yazılan şüar: “Hamımız Abbas Lisaniyik”

Ərdəbildə qrafit texnikası ilə divarlara yazılan şüar: “Hamımız Abbas Lisaniyik”

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb etmək məqsədi ilə divarlara qrafit texnikası ilə şüarlar yazılıb.

 

Şəkildə göründüyü kimi, divarlarda şüarla birlikdə tanınmış fəalın şəkili də əks olunub. Fəallar “Biz hamımız Abbas Lisaniyik, Abbas Lisani bizim mübariz ruhumuzdur” şüarını yazmaqla onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

Oxşar şüarlara Ərdəbil və Güney Azərbaycanın digər şəhərlərində tez-tez rast gəlinir.

 

Abbas Lisani yanvarın 15-də Təbrizin İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. O hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun qondarma 4 ağır ittihamla üzləşdiyi məlum olub.

 

İnsan haqları qurumları və azərbaycanlı fəallar inanır ki, Abbas Lisaninin son saxlanması ona qarşı gizli ssenarinin qurulduğu və bu istiqamətdə dosye təşkil olunduğundan xəbər verir.

 

Azərbaycanlılar siyasi məhbuslarımız, o cümlədən Abbas Lisaninin azadlığa buraxılması üçün divarlara şüar yazmaq, stadionlarda şüar səsləndirmək, 30 saniyyəlik danışıq videosu yaymaq, səlahiyyətli beynəlxalq qurumlara müraciət etmək, Avropa ölkələrində yığıncaq keçirmək və s. kimi üsullardan istifadə edirlər. Siyasi məhbuslara dəstək verən soydaşlarımızın sayı günü-gündən artır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN