“Ərdəbildə xəstəxanalar dolmaq üzrədir”

“Ərdəbildə xəstəxanalar dolmaq üzrədir”

GünAz TV: Ərdəbil Tibb Universitetinin xəstəlik işləri və diaqnostika mərkəzləri bölümünün müdiri Ərdəbil xəstəxanalarının koronavirusa yoluxmuş xəstələrlə dolmaq üzrə olduğunu bildirib.

 

Mehran Asayişi Ərdəbil Tibb Universitetinin canlı İnstaqram verilişində bu barədə məlumat verib.

 

“Ərdəbil xəstəxanalarının tutumu məhduddur və artıq xəstələrlə dolmaq üzrədir. Biz pandemiyaya çevrilən bir epidemiya ilə üz-üzə qalmışıq. Bu vəziyyətdən çıxmaq üçün ciddi tibbi müdaxiləyə ehtiyac var.”- deyə o bildirib.

 

Mehran Asayişi vurğulayıb ki, biz koronavirusa yoluxanların sayının kəskin artmasından olduqca nigaranıq. Xəstələrin sayı biraz da artarsa, tibbi imkanlarımız yetməyəcək, o zaman böyük faciə ilə üzləşəcəyik.

“Hamımız önləyici tədbirlərə xüsusi əhəmiyyət verməliyik. Ona görə də təkidlə hər kəsi evdə qalmağa çağırırıq. Yalnız bu şəkild xəstəliyin yayılmasının qarşısını almaq mümkündür.”- deyə Tibb Universitetinin rəsmisi əlavə edib.

 

Xatırladaq ki, ötən həftələrdə Güney Azərbaycan əyalətlərində çox sayda insan koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edib. Artıq əyalətlərdə virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı yüzlərlədir. Koronavirusdan ölənlərin sayı da gün keçdikcə artır. Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN