Ərdəbildə yaşlı səyyar satıcı bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb – VİDEO

Ərdəbildə yaşlı səyyar satıcı bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb – VİDEO

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində yaşlı bir səyyar satıcı Bələdiyyə İdarəsi məmurları tərəfindən vəhşicəsinə döyülüb.

 

Hadisə dekabrın 30-da Ərdəbil küçələrinin birində baş verib.

 

Videoda göründüyü kimi, hücuma məruz qalan yaşlı kişinin üz-gözü döyülməkdən qan içindədir. Bu hadisə ətrafdakı insanların etirazına səbəb olub.

 

https://www.youtube.com/watch?time_continue=6&v=Ad8W2eKy-q4&feature=emb_logo

 

Oxşar hadisə Ərdəbildə yay aylarında yaşanmışdır. Xəbər verdiyimiz kimi, küçə ticarəti ilə məşğul olan soydaşımız bələdiyyə məmurları tərəfindən ölümcül döyülmüşdür.

 

https://www.youtube.com/watch?time_continue=3&v=kLf8dBlizhM&feature=emb_logo

 

Qeyd edək ki, Güney Azərbaycanda səyyar satıcılıq kimi zəif peşələrə üz tutan soydaşlarımızın sayı gün getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərdən dolayı ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

Bundan əvvəl onlarla azərbaycanlı səyyar satıcı, Təbriz, Zəncan, Urmiyə, Qoşaçay, Xoy, Aslanduz, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb. Bu kimi faktlara Güney Azərbaycanın bütün şəhərlərində tez-tez rast gəlinir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN