Ərdəbilin 1000 kəndində su qıtlığı problemi yaşanır

Ərdəbilin 1000 kəndində su qıtlığı problemi yaşanır

GünAz TV: Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Ərdəbil Əyalətinin kəndlərində də su qıtlığı problemi yaşanır.

 

Kəndlərin inkişafına mane olan və əhalinin şəhərlərə üz tutmasına səbəb olan amili aradan qaldırmaq üçün dəfələrlə tələb irəli sürülüb, lakin hələ də çox sayda kənddə yetəri qədər su yoxdur.

 

Bu barədə Ərdəbil valisi Əkbər Behnamcu avqustun 26-da Ərdəbil Əyalətinin İdarə Şurasının keçirdiyi iclasda danışıb.

“Əyalətin 1000 kəndində su qıtlığı problemi yaşanır. Əhali uzun zamandır bu məsədən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır.”- deyə o bildirib.

 

Vali İran rəsmilərinin ənənəsinə sadiq qalaraq problemin aradan qaldırılması ilə bağlı vəd də verib. O bildirib ki, əyalətdə prioritet xarakter daşıyan və yarımçıq qalan layihələr üçün büdcə vəsaiti əldə olunub. Ərdəbildə ölkə bankları şurasının keçirdiyi iclas zamanı bu barədə qərar qəbul olunub.

 

Valinin sözlərinə görə, keçirilən iclasda vacib layihələr üçün 7 min milyard tümən vəsait ödəniləcəyi barədə qərar verilib. Bundan əlavə, yarımçıq qalan iqtisadi və inşaat layihələri üçün 700 milyard tümən bankar tərəfindən təmin olunacaq.

 

Ərdəbil valisi daha bir neçə layihənin istifadəyə veriləcəyi haqda söz verib. “Ərdəbil əhalisinin əsas tələblərindən biri olan dəmir yolu layihəsi üzərində də iş gedir. Prezident Ərdəbilə səfər etdikdən sonra işlərə ciddi şəkildə başlanılacaq.”- deyə o bəyan edib.

 

Qeyd edək ki, Ərdəbil əyalətində bir çox iqtisadi və tikinti layihəsi uzun illərdir yarımçıq qalıb və ya ümumiyyətlə buraxılıb. Kəndlər isə heç bir şəkildə inkişaf etmir. Su qıtlığı problemi isə kəndlərdə yaşamağı təxminən qeyri-mümkün edib. Bu cəhətdən kəndlər ardıcıl əhalidən boşalır. Onların əksəriyyəti İranın mərkəzi şəhərlərinə üz tutur və bu şəkildə Azərbaycanın şəhər və kəndlərində demoqrafik tərkib getdikcə dəyişir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN