Ərdəbilin imam cüməsi Həsən Amuliyə qarşı etirazlar: “Biz azəri deyil, türkük” – GÖRÜNTÜ

Ərdəbilin imam cüməsi Həsən Amuliyə qarşı etirazlar: “Biz azəri deyil, türkük” – GÖRÜNTÜ

GünAz TV: Soydaşlarımız sosial şəbəkələrdə Ərdəbilin manqurt imam cüməsi Həsən Amuliyə etiraz bildirərək  azəri deyil, türk olduqlarını vurğulayıblar.

 

İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) Həsən Amulinin vasitəsi ilə dünya azərbaycanlılarının milli mənafeyinə zidd tədbir keçirməyə hazırlaşır. “19 yanvar mərasimi– dünya müsəlman azərilərinin günü” adı ilə keçirilməsi planlaşdırılan tədbir 31 dekabr- dünya azərbaycanlılarının həmrəylik günü kimi milli günlərə alternativ kimi nəzərdə tutulub. Azərbaycan türklərinin azəri və fars şiəçiliyinə aid müsəlman olduğuna təkid edən tədbir Güney və Quzey Azərbaycanın milli mənafeyi əleyhinə yönəlib.

 

Tədbiri rekam edən Həsən Amuli sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. Onun İnstaqram səhifəsində  “Haray Haray mən türkəm”, “Mən türkəm”, “Biz azəri deyilik”, “Siz azərisiz, lakin biz türkük”, “Farslara nökərçilik etməyə son qoyun, Azərbaycanın türk olduğunu inkar etməyin” və s. kimi etiraz şüarları yazılıb.

 

Etirazçılar həmçinin vurğulayıb ki, 31 dekabr, dünya azərbaycanlılarının həmrəylik günüdür, təqvimdə Güney və Quzey Azərbaycanın birliyinə qarşı yeni bir günün yer almasına icazə verilməyəcək, belə bir gün qəbul olunmayacaq.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN