Ərdəbilin imam cüməsi Təbrizlə Ərdəbil arasında nifaq salmağa çalışır – VİDEO

Ərdəbilin imam cüməsi Təbrizlə Ərdəbil arasında nifaq salmağa çalışır – VİDEO

GünAz TV: Ərdəbilin manqurt imam cüməsi Həsən Amuli Azərbaycan şəhərləri arasında nifaq salmaq məqsədi ilə ərdəbilli gənclərlə Təbrizin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırır.

 

İmam cümə məkrli planını Ərdəbil Əyalətində yerləşən “İmarət” kəndinin Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycana birləşdirilməsi bəhanəsi ilə həyata keçirir.

 

Daxili İşlər Nazirliyi 2018-ci il noyabrın 6-da Germi məntəqəsində yerləşən “İmarət” kəndinin Hurand məntəqəsinə ilhaq edilməsi barədə qərar qəbul edib.

 

Həsən Amuli bu bəhanədən sui-istifadə edərək Şərqi Azərbaycan və Ərdəbil Əyaləti arasında təfrəqə salmağa çalışır. O cümə namazı xütbələrində bildirib ki, Nazirlər Kabineti bu yanlışlığı dərhal aradan qaldırmasa, yerli gənclərlə birlikdə Ərdəbil Valiliyinin qapısını bağlayacaq, valini isə istirahətə göndərəcək.

 

Həsən Amuli o halda belə bir mövqe sərgiləyir ki, o Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi” ərazisinin Gilana ilhaq edilməsi ilə bağlı edilən cəhdlərə, həmçinin nəhəng Muğan Aqrosənaye Şirkətinin olduqca ucuz qiymətə özəlləşdirilməsinə qarşı səssiz qalıb. O bütün azərbaycanlıların etiraz etdiyi “Heyran gədiyi” məsələsinə heç bir reaksiya verməyib və Ərdəbil gənclərini bu önəmli hadisəyə görə aksiya keçirməyə çağırmayıb. Bütün bunlar göstərir ki, imam cümənin məqsədi əyaləti qorumaq deyil, yalnız Azərbaycan əyalətləri və şəhərləri arasında nifaq salmaqdan ibarətdir.

 

https://www.youtube.com/watch?time_continue=3&v=ZhX1_IQtPvo

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN