Ərdəbilin imam cüməsi təmsil etdiyi əyalətin diqqətdən kənarda qalmasından şikayətlənib

Ərdəbilin imam cüməsi təmsil etdiyi əyalətin diqqətdən kənarda qalmasından şikayətlənib

GünAz TV: Ərdəbilin imam cüməsi Həsən Amuli prezidentin müavini ilə keçirdiyi görüşdə təmsil etdiyi əyalətin iqtisadi və turizm potensialından söz açaraq onun diqqətdən kənarda qalmasından şikayətlənib.

 

Görüş iyulun 26-da imam cümənin Ərdəbildəki ofisində keçirilib.

 

“Ərdəbil Əyalətinin müxtəlif məntəqələri, o cümlədən Xalxal şəhəri turizm sənayesi üçün xüsusi qabliyyətlərə malikdir. Lakin bu xəzinədən kimsənin xəbəri yoxdur.

Bizim 60 növ keyfiyyətli mineral suyumuz var. Belə imkanlar dünyada çox az görünüb. Lakin bunları tanıtdırmaqda problemimiz var, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Xarici turistlər Ərdəbil əyalətinin potensial imkanları ilə tanış olsalar, bu əyalət ölkə üzrə onların birinci seçimi olar”- deyə o bildirib.

 

Həsən Amuli qədim “Şəhər Yeri” məntəqəsinin tarixinə işarə edərək qeyd edib ki, “bu məntəqə təkbaşına dünyanın müxtəlif yerlərindən turist cəlb edə bilər. Lakin onu tanıtdırmaq üçün çox işlər görmək lazımdır.”

 

Ərdəbilin imam cüməsi əyalətin ümumi tarixi və qonaqpərvərlik xüsusiyyətinə toxunaraq vurğulayıb ki, “çox təəssüflə qeyd etmək istəyirəm ki, bəziləri Ərdəbil Əyalətinin şanlı tarixi, Səfəvi dövrü və Şah İsmayıl haqda həqiqətləri  təhrif etmək istəyir. Lakin biz buna icazə verməyəcəyik.”

 

Qeyd edək ki, məlum səbəblərə görə, yerli məsulların əksəriyyəti rejimin Azərbaycan əyalətlərinə qarşı apardığı ayrı-seçkilik siyasətinə qarşı çıxmaqdan çəkinirlər. Lakin son vaxtlar azərbaycanlı məsullar rejimin iqtisadi və mədəni siyasətini daha çox tənqid etməyə başlayıblar. Bu əsasən Azərbaycan Milli Hərəkatının əhali arasında geniş yayılması, İran siyasətinin daxildə və xaricdə dalana dirənməsi və bölgədə iqtisadi vəziyyətin həddindən artıq gərgin olması ilə bağlıdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN