Ərdəbilin millət vəkili Südeyif Bədri “Heyran gədiyi” haqda populist çıxış edib – VİDEO

2018-04-14 11:47

GünAz TV: Güney Azərbaycanın Ərdəbil Şəhərinin İran parlamentindəki millət vəkili Südeyif Bədri “Heyran gədiyi” ətrafında baş verən hadisələrlə bağlı Gilan rəhbərliyindən şikayətlənib.


Aprelin 13-də “Heyran gədiyi”nə baxış keçirən millət vəkili məntəqədə Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələr və Nəminin şərq tərəfində çəkilmiş tikanlı tellərin qaldırılması üçün əlindən gələni edəcəyini deyib.

 

Aşağıdakı videoda göründüyü kimi, o bildirib ki, Ərdəbil Əyaləti Astara-Ərdəbil yolunda “Heyran gədiyi”ndən Ağçaya qədər yol, təcili yardım və Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti ilə bağlı yalnız xidməti işlərə baxır. Millət vəkili bu sözləri ilə “Heyran gədiyi”nin inzibati ərazi bölgüsü baxımından Gilan Əyalətinə aid olduğunu demək istəyib.

 

https://www.youtube.com/watch?v=PoOmFxiLgtc


Millət vəkili “Heyran gədiyi”ndə quraşdırılan yeni lövhələrin  üzərində “Ərdəbil”in yerinə “Gilan”ın yazılmasını lazımsız, təhrikedici və yanlış hərəkət adlandıraraq Rəşt rəhbərliyindən belə hərəkətlərə son qoyulması və lövhələrin ən qısa zamanda qaldırılmasını tələb edib.

 

S.Bədri bundan əvvəl də “Heyran gədiyi” ətrafında baş verən hadisələrə münasibət bildirmişdir. Millət vəkili martın 26-da mövzu ilə bağlı mətbuat orqanlarından birinə danışaraq “Heyran gədiyi”ni Gilan Əyalətinin ərazisi kimi göstərən bannerlərin asılmasına haqq qazandırmağa çalışmışdır.

 

“Ərdəbil Əyaləti “Heyran gədiyi”nə gedən yolun sadəcə 22 kilometrinə, yəni tuneldən Ağçaya qədər nəzarət edir. Bu məqsədlə Qızıl Aypara Cəmiyyətinin yol üzrə xilasetmə və imdad qrupu və yol işləri üzrə mərkəz yaradılıb.

Ərdəbil Əyaləti Astara məntəqəsində sadəcə müəyyən  xidməti işlərlə məşğul olur. Ərdəbil Şəhərsalma və Yol İdarəsi sözügedən yola aid işləri yerinə yetirir. Ona görə də bu yolda baş verən digər hadisələr, o cümlədən villa tikdirmək, torpaqların kiməsə buraxılması və s. kimi məsələlərin Ərdəbil Əyaləti ilə heç bir əlaqəsi yoxdur. “Heyran gədiyi”ndə hər hansı dəyişiklik olubsa bu, Gilan Əyaləti rəhbərliyi tərəfindən edilib”- deyə S.Bədri çaşdırıcı açıqlamasında bildirmişdir.

 

“Heyran gədiyi”nin Astara məntəqəsinə aid olduğunu deyən millət vəkili azərbaycanlıların qəzəbinə tuş gəlməsin deyə Ərdəbil və Astara əhalisinin arasında tarixi, mədəni, dil və ailə bağlarının olduğuna da işarə etmişdir. “İki məntəqənin iqtisadiyyatı, tarix və mədəniyyəti bir-birinə çulğanıb. Ona görə də Gilan rəhbərliyini hərhansı təhrikedici hərəkəti Ərdəbil və Astara əhalisinin kəskin reaksiyasına səbəb olacaq”- deyə o diqqətə çatdırmışdır.

 

Millət vəkili təzadlarla dolu çıxışında Gilan rəhbərliyini macəra axtarmaqda günahlandıraraq Astara məntəqəsinin yenidən Ərdəbil Əyalətinə birləşdirilməsinə səy göstərəcəyini də vəd etmişdir.

 

Əksər azərbaycanlı millət vəkillərinin Tehran hakimiyyətinin tapşırığı əsasında “Heyran gədiyi” ətrafında baş verən hadisələrə səssiz qalması və bəzilərinin bu məsələyə təzadlı mövqe göstərməsi bütün azərbaycanlılar, xüsusi ilə də Ərdəbil əhalisinin kəskin etirazına səbəb olub.

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06