Ərdəbilin şərq məntəqələri Gilan Əyalətinin davamıdır! – İran Teleradiosu

Ərdəbilin şərq məntəqələri Gilan Əyalətinin davamıdır! – İran Teleradiosu

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”ndə Gilan Əyalətinə aid lövhələrin quraşdırılması və ona olan etirazlar gündəmdə olduğu bir vaxtda İran Teleradiosunun xəbər agentliyi Ərdəbil Əyalətinin şərq məntəqələrinin Gilanın davamı kimi təqdim edib.

 

Agentlik martın 27-də “Fındıqlı meşəsinin təqdimatı” adı ilə yaydığı xəbərdə Teleradio Şirkətinin “Heyran gədiyi” və ətraf bölgələri haqda mövqeyini ortaya qoyaraq bu məntəqənin Ərdəbil Əyalətindən ayırıb Gilana birləşdirilməsini istəyən qüvvələrə dolayı yolla haqq qazandırıb.

 

Xəbərdə bildirilib ki, “Fındıqlı meşəsi Ərdəbil Əyalətinin şərqindədir, bu meşələr Gilan Əyalətinin yarım tropik (yarım gərmsir) meşələrinin davamıdır.”

 

Teleradio Şirkətinin xəbər agentliyi yaydığı məlumatda Ərdəbil Əyalətinin şərq məntəqələrini mədəni, coğrafi və tarixi baxımdan Gilan Əyaləti kimi təqdim edib. Xəbərdə Gilanın bir hissəsinin Ərdəbil Əyalətində yerləşdiyinə eyham vurulub.

 

Əslində Teleradio Şirkəti həqiqətin tam əksini nümayiş etdirib. Gilan Əyalətinin tarixi kimliyi və mədəniyyətinin formalaşmasında qədim türklərin böyük rolu olub. Bu əyalət hətta 1970-ci (hicri-şəmsi təqvimi ilə 1349-cü il) ilədək Zəncan Əyalətinin bir hissəsi olub və nəticə etibarı ilə Azərbaycan ərazisi sayılıb. Şübhəsiz ki, Teleradio Şirkətinin “Heyran gədiyi”nin Ərdəbildən qoparılmasına çalışıldığı bir vaxtda bə belə bir təhriflə çıxış etməsi olduqca düşündürücüdür.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN