Ərdəbilli bir qrup milli-mədəni fəal həbsdə olan tanınmış fəal Abbas Lisaninin ailəsi ilə görüşüb

Ərdəbilli bir qrup milli-mədəni fəal həbsdə olan tanınmış fəal Abbas Lisaninin ailəsi ilə görüşüb

GünAz TV: Ötən gün bir qrup Ərdəbilli milli-mədəni fəal hazırda həbsdə olan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsini ziyarət edib.

 

Abbas Lisani yanvarın 15-də qeyri-qanuni və əsassız ittihamlarla İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. İnsan haqları təşkilatları dəfələrlə onun qanunsuz həbsinə qarşı bəyanat yayıblar. Eləcə də, müxtəlif ictimai-siyasi, həmçinin mədəni və idman tədbirlərində fəala dəstək nümayiş etdirilib, onun həbsinə etiraz edilib.

 

Bir müddət əvvəl Ərdəbil əyalətinin sabiq prokuroru və hazırda Ədliyyə İdarəsinin rəhbəri olan Nasir Ətibbatinin sədrliyi ilə keçirilmiş apellyasiya məhkəməsində Abbas Lisaniyə qarşı çıxarılmış 8 illik həbs cəzası 15 ilə qaldırılmışdı.

 

Abbas Lisani məhkəmədə hakimə xitabən demişdi:

 

“Hökm nə olur- olsun! Hətta ömürlük həbs və ya edam. Bir addım da geri çəkilməyəcəm. Məndən sonra cismimdən 1 hüceyrə salamaq qalsa, o da millət və vətənim Azərbaycan uğrunda mübarizə aparacaq.”

 

1967-ci ildə doğulmuş və Ərdəbil sakini olan Abbas Lisani apardığı 20 ildən artıq mübarizə müddəti ərzində dəfələrlə həbs edilib, eləcə də işgəncələrə və sürgünə məruz qalıb.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN