Ərdəbilli gənc yoxsulluqdan intihar edib

Ərdəbilli gənc yoxsulluqdan intihar edib

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində “N.Ahəni” adlı 30 yaşlı gənc intihar edib.

 

Hadisə ötən günlərdə Ərdəbildə Mir Əşrəf məhəlləsində baş verib.

 

“N.Ahəni” atası evinin həyətində özünü asaraq canına qəsd edib.

 

Mərhumun yaxınları onun yoxsulluq və həyat yoldaşının ayrılması ilə əlaqədar problemlərdən intihar etdiyini deyir.

 

Gənclər arasında intihar faktlarının artması güney azərbaycanlı ailələrin nigaranlığına səbəb olub.

Ekspertlər fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər Güney Azərbaycan və İrandakı intiharların əsas səbəbləridir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN